Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...
Dərc olunub:
17-10-2025, 22:08
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin bütün ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.
Avrasiya.net xəbər verir ki, məhdudiyyət Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu Teymur Mehdiyev və qızı Kamilə Əliyevaya aiddir.
Həmçinin Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin də ölkədən çıxışına qadağa qoyulduğu deyilir.
Qeyd edək ki, Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq ev dustaqlığı tədbiri seçilib.
Son xəbərlər
