Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.

Avrasiya.net Gununsesi.info-ya istinadla xəbər verir ki, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.

Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib.

Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.

PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər