Siyavuş Novruzov məni saxtakar adlandırdı - Tənzilə Rüstəmxanlı hirsləndi

"Sahibə xanım, mənim sizə çox böyük hörmətim var, amma buna cavab verməsəm olmaz. Çünki Siyavuş Novruzov məni saxtakar adlandırdı".

Avrasiya.net xəbər verir ki, bu fikirləri deputat Tənzilə Rüstəmxanlı parlamentdə həmkarı Siyavuş Novruzovun ona etirazına cavab olaraq bildirib.

"1991-ci ildə 7 mart iclası SSRİ-nin bərpa edilməsinə dair referendumun keçirilməsi ilə bağlı idi, Heydər Əliyevin də təmsil olunduğu 43 nəfər həmin referendumun əleyhinə səs verdi. Mən onu vurğulamağa çalışıram.
Mən bu prosesin içindəydim, qadınlarımız ön sırada idi. Mən çox istərdim ki, Siyavuş Novruzov dövlət çevrilişində ittiham olunan Ramiz Mehdiyevin əleyhinə 10 il əvvəl danışıb tarix yazardı", - T.Rüstəmxanlı vurğulayıb.

Daha sonra Siyavuş Novruzov söz istəsə də, spiker Sahibə Qafarova bu mövzuların plenar iclasda müzakirəsini düzgün hesab etməyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər