Mayor İlham Haqverdiyev saxlanıldı
Dərc olunub:
16-10-2025, 17:41
Müdafiə Nazirliyinin "İstirahət evi"nin rəisi İlham Haqverdiyev saxlanılıb.
Avrasiya.net APA-ya istinadla xəbər verir ki, bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb.
Onun rüşvət ittihamı ilə saxlanıldığı bildirilib. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb.
Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq.
Son xəbərlər
