Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb və o, məhkəmənin qərarı ilə 4 aylıq ev dustaqlığına məhkum edilib.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevə qarşı “dövlətə xəyanət” maddəsi ilə ittiham böyük rezonans doğurub və çoxsaylı ehtimallara yol açıb.

Bu ehtimallardan biri R.Mehdiyev və ona bağlı şəxslərin qanunsuz yolla ələ keçirdikləri külli miqdarda sərvətdən xaricdəki antiazərbaycan qüvvələrin nəzarəti altında olan və “mühacir” statusu almış şəxslərdən Azərbaycana qarşı istifadədir. Bəzi iddialara görə, xaricdə “söyüş müxalifəti” adlanan dəstəni bu komanda maliyələşdirib və onlara yüksək vəzifəli şəxslərlə bağlı “ifşaedici” məlumatlar, yaxud yüksək çinli şəxslərin istifadə etdiyi telefon nömrələri təqdim edilir.

Ehtimallar arasında Rusiya xüsusi xidmət orqanları ilə sıx əlaqə və dövlət sirrinin satılması da var. Tanınmış politoloq Heydər Oğuz “etibarlı mənbəyə istinadla” yazıb ki, Ramiz Mehdiyevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə məxfi yazışmaları ortaya çıxıb. Onun iddiasına görə, 87 yaşlı qoca haqda bu qərarın verilməsinin səbəbi məhz budur.

Qeyd edək ki, məşhur iş adamı Adnan Əhmədzadənin həbsinin ardınca Ramiz Mehdiyevə qarşı ağır maddələrlə ittiham təsadüf sayılmır. R.Mehdiyevə qarşı ittihamların A.Əhmədzadənin istintaqı çərçivəsində irəli sürüldüyü də ehtimallar sırasındadır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər