Xəzər Universitetinin rektorunun təqdimat mərasimi keçiriləcək

Xəzər Universitetinin rektorunun təqdimat mərasimi keçiriləcəkXəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının üzvlərinin və rektorunun təqdimat mərasimi 17 oktyabr 2025-ci il tarixində universitetin Neftçilər korpusundakı Mərmər Salonda keçiriləcək.

Tədbirdə universitetin təsisçisi və ilk rektoru, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, eləcə də Şura üzvləri, akademik heyət, diplomatik korpusun nümayəndələri, məzunlar və digər qonaqlar iştirak edəcəklər.

Mərasimdə Xəzər Universitetinin tarixi və dəyərləri, eyni zamanda yeni rəhbərliyin qarşıya qoyduğu məqsəd və hədəflər haqqında məlumat veriləcək. Tədbir zamanı Direktorlar və Qəyyumlar Şurasının üzvlərinə sertifikatlar təqdim ediləcək, universitetin Kamera Orkestri və Rəqs Ansamblı tərəfindən bədii proqram nümayiş olunacaq.

Yeni rektor Dr. Raziyə İsayevanın çıxışı universitetin gələcək fəaliyyət istiqamətlərini və inkişaf prioritetlərini əhatə edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər