Ramiz Mehdiyevdən sonra sıra onlara çatacaq

Ramiz Mehdiyevdən sonra sıra onlara çatacaqDövlətə xəyanət və çevriliş cəhdi çox ciddi məsələdir. Yəqin ki, qısa müddətdə ətraflı açıqlama veriləcək.

Avrasiya.net xəbər verir ki, bunu Globalinfo.az-a keçmiş təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həbsi ilə bağlı danışarkən deyib.

O, Ramiz Mehdiyevə yaxın şəxslərin də həbs olunmasını istisna etmir:

“Başqa həbslər də gözləniləndir. Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Mehdiyevin hansı addımlar atdığı, kimləri vəzifəyə təyin etdiyi, kimlərin arxasında durduğu, hansı şəxsləri dəstəklədiyi məlumdur. Fikrimcə, onlarla bağlı da müəyyən addımlar atılacaq. Yol verdiyi ədalətsizlikləri də hesablayacaqlar. Düşünürəm ki, vaxtilə onun dəstəyi ilə millətin genefonduna ziyan vuranlar məsuliyyətə cəlb oluna bilər. Onların da layiqli cəza almasının vaxtı çatıb. Bu qədər dözmək olmaz!”

M.Mərdanov bildirib ki, Ramiz Mehdiyevin həbsi “Tərtər işi”nin açılmasına müəyyən qədər köməklik göstərə bilər:

“Hər bir halda bu, başqa məsələ ilə əlaqədardır. Hazırda istintaq işləri gedir deyə, nəsə demək olmur”.

Qeyd edək ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

O, 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər