ANAMA əməkdaşları qəzaya düşdü: qardaşlardan biri öldü
Beyləqanda baş verən qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Birinci Şahsevən kəndi ərazində baş verib.
"Lada Xəzər" markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza zamanı 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov ağır xəsarət alaraq Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə qəzaya düşənlər nişan mərasimindən qayıdan zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
***
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri ölüb.
Məlumata görə, bu gün səhər saatlarında Beyləqan rayonu Birinci Şahsevən kəndi ərazisində baş verən qəza zamanı ağır xəsarət almış 3 nəfərdən biri, 1996-cı il təvəllüdlü Elvin Həşimov həkimlərin göstərdikləri səylərə baxmayaraq xəstəxanada həyatını itirib.
Qəza zamanı xəsarət alan digər 2 nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Qəzaya düşənlər ANAMA əməkdaşlarıdır.
Ülvi Həşimov və Məhərrəm Səfərovun müalicəsi davam edir.
Son xəbərlər
