Axtarışda olan hindistanlı cinayətkar - Bakıda saxlanıldı

Axtarışda olan hindistanlı cinayətkar - Bakıda saxlanıldıDehlidə bir sıra cinayətlər törətməkdə təqsirləndirilən Rəşid Kablevala adlı şəxs Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Times of India” portalı yayıb.

Bildirilib ki, axtarışda olan Kablevala İstanbuldan Bakıya gələrkən saxlanılaraq Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarına təhvil verilib.

Onun saxlanılmasına səbəb kimi isə səyahət sənədlərində uyğunsuzluqların olması göstərilib.

Məlumata əsasən, Hindistanın müvafiq qurumları hazırda Kablevalanın ölkəyə qaytarılması istiqamətində çalışırlar.

Həmçinin qeyd olunub ki, həmin şəxsin Bakıda həbs edilib-edilmədiyi, yaxud nəzarət altında saxlanıldığı məlum deyil.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər