Otağında gizli çəkiliş aparan Şərurlu İsfəndiyar jurnalisti şantaj etdi
Məşhur iş adamı şərurlu İsfəndiyar APA TV əməkdaşını şantaj edib.
"Unikal" xəbər verir ki, otağında kamera quraşdıran iş adamı media qurumunun əməkdaşına hədə-qorxu gəlib. Buna səbəb Şərurlu İsfəndiyarın şirkətinin tikinti işini apardığı “Jasmine Park Qobu” layihəsində sakinlərin şikayəti ilə bağlı yayımlanan süjet olub. O, APA TV rəhbərliyini təhdid edərək əlində media qurumunun əməkdaşına rüşvət verməsi ilə bağlı görüntülər olduğunu deyib.
Məlum olub ki, İsfəndiyar Axundov xidməti otağında kamera quraşdıraraq şirkəti ilə APA TV arasında gələcəkdə əməkdaşlıq, reklam və piar işlərinin görülməsi üçün əməkdaşına 200 manat avans verib. Lakin müxbir kanal rəhbərliyinə məlumat verdikdən sonra ona pulun dərhal qaytarılması bildirilib.
Əməkdaş pulu qaytardıqdan sonra, daxili etik kodeksi pozduğu üçün cəzalandırılıb. İsfəndiyar Axundov sözügedən süjetin efirə gedəcəyi təqdirdə əlindəki görüntüləri yaymaqla hədələyib.
Son xəbərlər
