"Dava etməsəydim, gərək tuman geyinəydim"

Xalq artisti Ağadadaş Ağayev ilk dəfə “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla yaşadığı insidentdən danışıb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Həftənin qonağı" proqramında bəhs edib.

O, mühafizəçi ilə yaşadığı qalmaqala görə peşman olmadığını deyib:

"Cəzalı duruma düşdüm. Bəzi şeylərin açıqlamasını verməyəcəm. Əgər orada evdən çıxmasaydım, gərək tuman geyinib gəzərdim. Dörd dəfə qapıma gəldi, qapını dağıdırdı ki, çıx bayıra. Bu, qəsdən idi. Orada Ağadadaş Ağayev olmaq ağlıma gələrdi? Kişi kimi doğulub, kişi kimi yaşamışam. Çıxıb əlbəyaxa olmalı idim. Şortikdə olduğumu da bilməmişəm. O, məni qıcıqlandırmaq üçün gəldi. Peşmanam, çünki efirdə ağsaqqallardan üzr istədim. Amma yenə də belə hal olsa, peşman olmaram, yenə edərəm. Bir arzum var idi, ona çatmaq üçün uçub Bakıya gəlmişdim. Mərhəmət hissi oldu ki, onu bağışladım. Bağışlamasaydım, 3-5 il yatacaqdı. Məndən sonra da gedib bir iş edib və həbs olunub".

Xatırladaq ki, “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla Ağadadaş Ağayev arasında insident baş vermişdi. Hər iki şəxs xuliqanlıqda təqsirli bilinərək hakim qarşısına çıxarılmışdı. Onlar məhkəmə istintaqı dövründə barışmış, hər ikisi şərti cəza almışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər