Bakıda məşhur klinikada qadın əməliyyatdan sonra öldü
Dərc olunub:
11-10-2025, 11:08
Bakıda özəl klinikada ölüm hadisəsi baş verib.
Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında "Premium Klinik"də (Premium Clinic) qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Çimnaz Sahib qızı Bəşirova oktyabrın 7-də sözügedən klinikada əməliyyat olunub. Ötən gün isə klinikadan evə buraxılmalı olan qadının halı qəfil pisləşib və orada dünyasını dəyişib.
Qadının ailəli olduğu bildirilir.
Qeyd edək ki, “Premium Klinik”in təsisçi direktoru Mübariz Nağıyevdir.
Son xəbərlər
