"Rus Evi"nin bərpası ilə bağlı danışıqlar başladı
Dərc olunub:
10-10-2025, 13:41
"Rossotrudniçestvo" Bakıda Rus Evinin yenidən açılmasının həlli üçün Azərbaycan tərəfi ilə danışıqlar aparır.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" agentliyinə müsahibəsində Rossotrudniçestvo direktorunun müavini Pavel Şevtsov bildirib.
"Biz dünən iki ölkə prezidentləri arasında müsbət söhbətin şahidi olduq. Ümid edirik ki, bunun nəticəsində Mərkəzimiz açılacaq və ölkələrimiz arasında genişmiqyaslı humanitar əməkdaşlıq davam etdiriləcək", - o, ifadə edib.
Son xəbərlər
