Azər Allahverənov Pirşağı qəsəbəsində vətəndaşlarla görüşüb

09 oktyabr 2025-ci il tarixində Milli Məclisin deputatı Azər Allahverənov Sabunçu rayonunun Pirşağı qəsəbəsində növbəti görüşünü keçirib. Görüş Pirşağı Bələdiyyəsində təşkil olunub.

Görüş zamanı qəsəbənin mövcud vəziyyəti, sakinlərin gündəlik həyatı və rifahı ilə bağlı məsələlər, o cümlədən infrastrukturun vəziyyəti, küçələrin işıqlandırılması, yolların asfaltlanması, radarların və yol hərəkətinin tənzimlənməsi, eləcə də qəsəbə bağçasının əsaslı təmiri kimi vacib istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.

Deputat Azər Allahverənov Pirşağı Bələdiyyəsinin səlahiyyətli nümayəndələri ilə birgə sakinləri narahat edən bu məsələlərin operativ və effektiv həlli yollarını müzakirə edib.

Görüşün məqsədi yerli səviyyədə qaldırılan problemlərin daha dərindən öyrənilməsi və müvafiq qurumlar qarşısında onların həlli ilə bağlı məsələ qaldırmaq olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər