Xaçmazda müəllim dəm qazından boğularaq öldü
Dərc olunub:
9-10-2025, 09:20
Xaçmaz rayonunun Qıraqlı kəndində bədbəxt hadisə baş verib.
Avrasiya.net xəbər verir ki, 1993-cü il təvəllüdlü Qafarlı Mehriban Sərdar qızının meyiti yaşadığı evdə aşkarlanıb.
Onun dəm qazından boğularaq öldüyü bildirilir.
M.Qafarlı 5 ilə yaxındır ki, Qıraqlı kənd tam orta məktəbində müəllim işləyirdi.
Faktla bağlı araşdırma aparılır
Son xəbərlər
