Hüquqşünas Səməd Vəkilovun kitabı Prezident kitabxanasının saytında yer alıb

Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsi çərçivəsində tədqiqatçı-hüquqşünas Səməd Vəkilovun “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabı işıq üzü görmüşdür.

Avrasiya.net xəbər verir ki, kitabın baş məsləhətçiləri Milli Məclisin Təbii ehtiyatlar komitəsinin sədri, dosent Sadiq Qurbanov, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, elmi redaktor, dövlət mükafatı laureatı, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, redaktorlar Cəsarət Hüseynzadə, Telman İbrahimov, rəyçilər ADPU-nun Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, Leyla Calalova, həmin mərkəzin baş mütəxəssisi Möhübbət Məmmədovdur.

Kitab Prezident kitabxanasının saytında yer alıb (https://www.ebooks.az/az/book/GlqonhT) bu barədə qht.az saytına hüquqşünas Səməd Vəkilov məlumat verib.

Qeyd edək ki, “Qərbi Azərbaycandan Deportasiyanın tarixi və hüquqi aspektləri: Salyana köçürülmə (1948-1953)” kitabında 1948-1953-cü illərdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiya tarixi və hüquqi kontekstdə dəyərləndirilmişdir. O, cümlədən deportasiyaya məruz qalmış əhali qrupunun Salyan ərazisində Qarabağlı, Yeni Uluxanlı, Qaraçala, Xalac, Yolustü və.s. kəndlərdə məskunlaşdırılması ilə bağlı yaşanan ağır şərait, sürgün aktına məruz qalmış icmanın şəxsi hekayələri və bioqrafik məlumatları da yer almışdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər