Ersin Tatar Azərbaycanda güclü mesajlar verdi

“Türk Dünyasında KKTC güclü mövqedədir, Zəngəzur Dəhlizi Kipr türkləri üçün də önəmlidir”

Bakı – Güneş TV Azərbaycan təmsilçisi Serdar Şəngülün xüsusi xəbəri

Türk Dövlətləri Təşkilatının (TDT) Liderlər Zirvəsi çərçivəsində Azərbaycanda səfərdə olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti Prezidenti Ersin Tatar, səfəri zamanı Türk dünyasının birliyi, KKTC-nin strateji mövqeyi və gələcəyə yönəlik vizyonu barədə önəmli açıqlamalar verib.

Prezident Tatar, Güneş TV Azərbaycan təmsilçisi Serdar Şəngülə verdiyi xüsusi müsahibədə, KKTC-nin Türk Dövlətləri Təşkilatı daxilindəki yerinin artıq mübahisəsiz şəkildə möhkəmləndiyini vurğulayıb.

Türk Dünyasında önəmli nailiyyətlər əldə etmişik, bunu yarımçıq qoya bilmərik”

Prezident Tatar qeyd edib ki, KKTC son beş ildə beynəlxalq arenada öz görünürlüğünü əhəmiyyətli dərəcədə artırıb:

> “Türk dünyası çərçivəsində önəmli nailiyyətlərimiz var. Bu prosesi yarımçıq saxlamaq mümkün deyil. Xalqımızın rifahı və dövlətimizin sabitliyi üçün bu nailiyyətləri qalıcı hala gətirməliyik.”

Tatar əlavə edib ki, Türk Dövlətləri Təşkilatı içərisində Kipr türk xalqı artıq daha çox yer tutur:

> “Bu prosesdə Ana Vətən Türkiyə Cümhuriyyətinin və qardaş Azərbaycanın güclü dəstəyi hər addımda yanımızda olub. Türk dünyası artıq KKTC-ni daha yaxından tanıyır, daha dərindən hiss edir.”

Aliyevin dəstəyi böyük qazanımdır: Güclü Azərbaycanın yanımızda olması bizim üçün önəmlidir”

Prezident Tatar, Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdən danışaraq bildirib ki, KKTC-yə göstərilən dəstəyin qətiyyətlə davam etdiriləcəyi bir daha təsdiqlənib:

> “Cənab İlham Əliyevin bizi ən yüksək səviyyədə qəbul etməsi, həm Azərbaycanın dostluğunu, həm də Türk dünyasının qardaşlıq ruhunu bir daha nümayiş etdirdi. Azərbaycan kimi güclü bir dövlətin KKTC-nin yanında olması, bizim üçün həm diplomatik, həm də strateji baxımdan böyük bir qazancdır.”

Tatar əlavə edib ki, Azərbaycan beynəlxalq diplomatiyada güclü mövqeyə malikdir:

> “Azərbaycan yalnız bölgəsində deyil, dünya səviyyəsində də söz sahibi bir dövlətdir. Bu güc, Türk dünyasının ortaq gələcəyi üçün mühüm bir dayağdır.”

“Zəngəzur Dəhlizi Kipr türklərinə yeni üfüqlər açacaq”

Prezident Tatar vurğulayıb ki, Zəngəzur Dəhlizinin açılması ilə birlikdə Kipr türk xalqı da yeni iqtisadi imkanlarla qarşılaşacaq:

> “Bu dəhliz yalnız regional ticarəti deyil, Türk dünyasının birləşməsini də təmin edəcək. KKTC olaraq biz də bu şəbəkənin təbii bir parçası olacağıq.”

Tatar qeyd edib ki, dəhlizin açılması ticarət, nəqliyyat və enerji sahələrində yeni əməkdaşlıqların əsasını qoyacaq.

Yeni 5 illik dövrdə sabitliklə yola davam edəcəyik”

Prezident Tatar bildirib ki, qarşıdakı dövrdə KKTC əldə etdiyi dinamizmi qoruyaraq yeni inkişaf mərhələsinə qədəm qoyacaq:

> “Beş illik dövrdə Kipr türk xalqı adına böyük nailiyyətlər əldə etdik. Artıq bu uğurların yarımçıq qalmaması üçün xalqımızla birlikdə gələcəyə inamla addımlayacağıq. Yeni dövrdə güclü təşəbbüslərlə xalqımızın rifahı üçün gecə-gündüz çalışmağa davam edəcəyik.”

Erdoğan və Əliyevə xüsusi təşəkkür”

Tatar, müsahibəsində Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğana da təşəkkürünü bildirib:

> “Cənab Prezident Rəcəb Tayyib Ərdoğan hər zaman Kipr türk xalqının təhlükəsizliyi, müstəqilliyi və iqtisadi inkişafı üçün güclü dəstək göstərib. Bu sayədə KKTC beynəlxalq səviyyədə daha görünür hala gəlib. Özünə və Türkiyə Cümhuriyyətinə minnətdarıq.”

Yüksələn KKTC üçün birgə çalışacağıq”

Prezident Tatar açıqlamasını bu sözlərlə tamamlayıb:

> “Bu gün KKTC, Türk dünyasının yüksələn bir dəyəridir. Əldə etdiyimiz bütün uğurları qoruyaraq, güclü və sabit bir gələcəyə doğru irəliləyirik. Xalqımız bu prosesdə birliyini və həmrəyliyini qoruyaraq, yüksələn KKTC üçün birgə çalışmalıdır.”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər