Qəbələ Türk dünyasının sabaha atdığı ortaq imzanın məkanına çevrildi
"Qəbələ – tarix boyu karvanların yol yoldaşı olmuş bu qədim diyar bu gün Türk dünyasının gələcəyinə yol açan Zirvəyə çevrildi. 12-ci Zirvə Görüşündə səslənən hər bir fikir sanki dağların əks-sədası kimi uzaqlara yayıldı – bir kökdən doğan xalqların gücünün, həmrəyliyinin və gələcəyə inamının səsi kimi".
Avrasiya.net xəbər verir ki, bu fikirləri "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən XII zirvə görüşü barədə danışarkən səsləndirib. O deyib ki, bu toplantı sadəcə bir diplomatik görüş deyildi, əsrlərin yaddaşından gələn bir çağırışın cavabı idi:
"Qəbələ bu gün tarixə yalnız ev sahibliyi etmədi, Türk dünyasının sabaha atdığı ortaq imzanın məkanına çevrildi".
Son xəbərlər
