Şəhid ailələrinə və müharibə əlillərinə 100 mənzil verildi

Şəhid ailələrinə və müharibə əlillərinə 100 mənzil verildiƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib.

Avrasiya.net xəbər verir ki, mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim edilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Qeyd edilib ki, postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.

Nazir müavini V. Nəsirli əlavə edib ki, cari ilin yanvarın 1-dən növbədə olan müharibə əlillərinin hamısına avtomobil verilib:

"Post-müharibə dövründə 567, ötən dövr ərzində isə 7800 avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə verilib".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər