TƏBİB əməkdaşını bıçaqlayan keçmiş əri intihara cəhd etdi
Dərc olunub:
7-10-2025, 10:31
Şirvanda keçmiş həyat yoldaşı, “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Lamiyə Qanbayevanı bıçaqlayan şəxs intihara cəhd edib.
Avrasiya.net APA-ya istinadən xəbər verir ki, oktyabrın 6-da keçmiş həyat yoldaşına 11 bıçaq zərbəsi vuran Şirvan sakini, 1986-cı il təvəllüdlü Tural Əlvan oğlu Qanbayev sirkə turşusu içib.
O, Şirvan şəhər xəstəxanasına yerləşdirilib və polis nəzarətinə götürülüb.
Qeyd edək ki, T.Qanbayev hadisəni törətdikdən sonra gizləndiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılırdı.
Son xəbərlər
