14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildi

14 yaşlı qıza əxlaqsızlıq edən yeniyetmə həbs edildiBeyləqan rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 17 yaşlı S.Quluzadə həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Quluzadə Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli bilinib.

Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib.

İstintaq müddətində polisin nəzarəti altında olan gənc məhkəmə zalında qandallanıb.

Bildirilib ki, hadisə rayonun kəndlərindən birində baş verib. S.Quluzadə sosial şəbəkə vasitəsilə tanış olduğu məktəbli qızla onların evinin yaxınlığında görüşərək əxlaqsız hərəkətlər edib.

Hadisənin üstü açılandan sonra yeniyetmə qız evdən qaçaraq Bakıya gəlib. O, paytaxta gəldikdən sonra köməksiz vəziyyətdə olduğunu hiss edərək metronun “20 Yanvar” stansiyası yaxınlığındakı gözəllik salonuna daxil olub. Salonun sahibi olan qadın oraya gələn qızın evdən qaçdığını öyrəndikdən sonra onu öz maşını ilə Beyləqana apararaq ailəsinə təhvil verib.

Bundan sonra yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş oğlan barəsində polis tərəfindən cinayət işi açılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər