Şimali Kiprin Prezidenti Azərbaycana gəlib
Dərc olunub:
6-10-2025, 13:06
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da ölkəyə səfərə gəlib.
Avrasiya.net xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında Şimali Kipr Prezidentini Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslər qarşılayıblar.
Son xəbərlər
