Bakıda faciə: usta iş yerində ölü tapıldı
Dərc olunub:
6-10-2025, 12:42
Bakıda avtomobil təmiri sexində meyit tapılıb.
Avrasiya.net lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Qobustan qəsəbəsi, Salyan şosesi küçəsində yerləşən avtomobil təmiri sexində qeydə alınıb.
Orada usta işləyən 1999-cu il təvəllüdlü Mehrac Mehman oğlu İsmayılovun meyiti sexdə aşkar edilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
