Bakıda belinə banka qoyulan qadın yanaraq öldü

Bakıda belinə banka qoyulan qadın yanıb.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bu il fevralın 8-də Elnarə Əliyeva qonşusu və Sədərək Ticarət Mərkəzində birlikdə işlədiyi Sədaqət Nəbiyevanın soyuqlaması səbəbindən belinə banka qoyub.

Elnarə Əliyeva bankanı diqqətsiz saxladığından əlindən sürüşərək içindəki etil spirti Sədaqət Nəbiyevanın bel və kürək nahiyələrinə tökülüb. Bu zaman qadın yanmağa başlayıb.

Bədənin 30-35 faizi yanıq xəsarətləri alan qadın hadisədən 15 gün sonra ölüb.

Faktla bağlı Elnarə Əliyevaya Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqda adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Səbail rayon Məhkəməsinin hökmü ilə Elnarə Əliyeva barəsində 3 il azadlığın məhdudlaşdırması cəzasına məhkum edilib. O, 3 il ərzində elektron qolbaq daşıyacaq

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər