Saxta təltiflərə görə saxlanılan QHT sədri Berdiməhəmmədova da orden veribmiş

Saxta təltiflərə görə saxlanılan QHT sədri Berdiməhəmmədova da orden veribmiş Xəbər verdiyimiz kimi, ötən gün saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlayıb satan QHT sədrləri saxlanılıblar.

"Unikal"ın məlumatına görə, saxlanılan şəxslərdən biri "Dədə Qorqud" Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılovdur.

Maraqlısı budur ki, E.İsmayılov 12 may 2022-ci ildə Türkmənistanın sabiq prezidenti, hazırda Türkmənistan Xalq Məsləhətinin sədri olan Qurbanqulu Berdiməhəmmədova da orden təqdim edib. Belə ki, qeyd edilən tarixdə Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyevin başçılığı ilə təşkilatın rəhbər şəxslərindən ibarət nümayəndə heyəti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana səfərə gedib. Səfər iştirakçıları arasında Eldar İsmayılov da olub.

Berdiməhəmmədov Türkmənistan Milli Şurasının Xalq Məsləhətinin binasında Azərbaycan nümayəndə heyətini qəbul edib. Eldar İsmayılov tərəfindən Berdiməhəmmədova orden təqdim edilib.

Qeyd edək ki, Eldar İsmayılovun qanunsuz əməlləri ilə bağlı Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, əlavə hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddəsi ilə cinayət işi başlanılıb. O, istintaqa cəlb edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər