Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırılır

Azərbaycanda iki vəkilin fəaliyyəti dayandırılır2025-ci il oktyabrın 1-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda vəkillik fəaliyyətinə xitam verilməsi, bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və mövcud borcların silinməsi ilə bağlı müraciətlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti dayandırılaraq onların VK üzvlüyündən xaric edilməsi üçün məhkəməyə müraciət olunmasına qərar verilib. Həmçinin 2 vəkilə irad bildirilib, 1 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib və 1 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər