“Gənclərimiz davamlı olaraq Qərbi Azərbaycan tarixini öyrənməlidir”

Bu sözləri “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyinin sədri Nurəddin Mehdiyev sentyabrın 29 - da Bakı Dövlət Universitetində yeni çapdan çıxan “Ermənistanın toponimik cinayətləri” adlı kitabın təqdimat mərasimində deyib. O əlavə edib ki, təqdim olunan kitab yaranan yeni reallıq şəraitində tarixi yaddaşımızın bərpasına xidmət edir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın müəllifi, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa çıxışında bildirmişdir ki, kitab tarixi Qərbi Azərbaycan ərazisində meydana çıxan Ermənistan Respublikasında aborigen azərbaycanlıların fiziki və maddi-mədəni izlərinin silinməsi istiqamətində həyata keçirilən sistemli siyasətin mahiyyətini və nəticəsini aşkarlamağa xidmət edir.

“Ermənistanın toponimik cinayətləri” adlı kitabın elmi məsləhətçisi akademik Yaqub Mahmudov, rəyçiləri filologiya elmləri doktoru, professor İbrahim Bayramov və tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru Elmar Məhərrəmovdur.

Təqdimatda mövzu elmi ictimaiyyətin nümayəndələri və gənc alimlərinin, magistr və doktorantların, tələbə - gənclərin, QHT- lərin iştirakı ilə müzakirə olunmuşdur.

Kitab kitabxanalara, təhsil müəssisələrinə təqdim olunacaq, elektron kitabxana resurslarında yerləşdiriləcək.

Qeyd edək ki, Nazim Mustafanın “Ermənistanın toponimik cinayətləri” adlı kitabı “Qarabağ” İnformasiya Kommunikasiya Texnologiyaları Gənclər ictimai birliyi tərəfindən həyata keçirilən eyni adlı layihə çərçivəsində "Füyuzat" nəşriyyatında işıq üzü görüb.

Təqdim olunan layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər