Gömrük Akademiyasında Anım günü ilə bağlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin Akademiyası və Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününün 5-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Akademiyanın rəhbərliyi, Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, İcra Hakimiyyətinin müavinlərini və əməkdaşları, şəhid ailələri, qazilər, Akademiyanın əməkdaşları və tələbələri iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndərin və respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Akademiyanın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov xalqımıza qarşı ermənilər tərəfindən törədilən vandalizm və soyqırım aktlarına toxunaraq, Azərbaycanın hər zaman ədalətli mübarizə apardığını vurğulayıb. O, beş il əvvəl – 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində şanlı Zəfərlə başa çatdığını bildirib. Q. Novruzov bu Zəfərin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayaraq, şəhidlərin xatirəsinin daim ehtiramla yad ediləcəyini və onların şanlı döyüş yolunun gənc nəsillər üçün nümunə olacağını qeyd edib.

Tədbirdə Vətən müharibəsi qəhrəmanı şəhid mayor Elçin Mansurovun anası Məleykə Məcidova, şəhid polkovnik Rəşad Quliyevin anası Mətanət Quliyeva, şəhid Ağacavad Mütəllimzadənin anası Nailə Mütəllimzadə, şəhid Həsənağa Abdullazadənin atası Şakir Abdullayev, şəhid Rəşad Novruzovun anası İlahə Məmmədova, şəhid Kamran Qasımovun anası Nailə Qasımova, şəhid Əfqan Nəsirovun anası Kəmalə İsmayılova, şəhid Tahir Əliyevin atası Mahir Əliyev, DGK-nın Vətən Müharibəsində iştirak edən əməkdaşı İqbal Səfərov çıxış edərək əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan, torpaqlarımızın azadlığı uğrunda əldə olunan şanlı Qələbədən qürurla bəhs ediblər.

Tədbirdə həmçinin, Akademiyanın “Hüquqşünaslıq” ixtisasının tələbələri Aysun Şirinzadə və Ayla Ədilova vətən qəhrəmanlarına həsr edilən şeir və məruzə ilə çıxış ediblər.






Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər