star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Səməd Vəkilov Salyanda əslən Dərləyəz mahlından olan din xadimi Hacı Hüsnü ilə görüşüb

“Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” layihəsinin icrası çərçivəsində Salyan rayonu Qarabağlı kəndində tədqiqata başlayıb.

Bu barədə Avrasiya.net-ə təşkilatın sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib. Səməd Vəkilov bildirb ki, Salyan rayonun Qarabağlı kəndi rayonun ən böyük kəndlərindəndir. Bura vaxtıilə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılarda öz əksini tapmışdır. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həm də qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə İ.Stalinin əmri ilə Qərbi Azərbaycanın Dərələyəz mahalının Terp kəndindən doxsana yaxın ailə köşürülmüşdür.

Layihənin rəhbəri tədqiatçı-hüquqşünas S.Vəkilov Salyan rayonu Qarabağlı kəndində tanınmış din xadimi Hacı Hüsnü Həsənovla görüşüb.

Qeyd edək ki, din xadimi əslən Dərləyəzin Terp kəndindən olan Həsənov Hüsnu Budaq oğlunun (Hacı Hüsnü) babası Şeyx İmran Dərləyəz mahalının sayılıb-seçilən din xadimlərindən olub. O, İraqın Nəcəf şəhərində 17 il dini təhsil alıb. Hüsnü Həsənov 19 noyabr 1970-ci ildə Qabağlı kəndində doğulub. O, 1977/1986-cı ildə Qarabağlar kəndində orta təhsil alıb. İlk dini təhsilini 1979-cu ildə kəndə fərdi qaydada Molla Şəkəralı adlı din xadimində alıb. Sonra 1981-ci ildə Bərdə rayonunda əslən Dərləyəz mahalının Tarp kəndindən olan Molla Əhməddən təhsil alıb. 1982-1988-ci ilərdə Cəlilabda Molla Məhəmməddən təhsil alıb. 1988/1990-ci ildə SSRİ Silahli Qüvələri tərkibində İruktiski Vilayətində həqiqi hərbi xidmət keçib. 1992-ci ilədə Həsənova Gülarə İdris qızı ilə ailə qiurub. Bu nigahdan 3 övladı var. 1992-1994-cü ildə yenidən Cəlilabadlı Molla Məhməmməd və Molla Bəylərin yanında dini təhsilini davam etdirib.1994-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Qarabğlı kəndinə baş axund təyin olunub.2000/2005-ci ildə Qafqaz İslam Universitetinin İlhaiyyat fakultəsi, imamlıq və şəriət müəllimi ixtisası üzrə bitirib. 17 aprel 2014-cü ildə Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxlülislam Hacı Allahşükür Paşazadə tərəfindən Salyan, Nefçala, Şirvan, Hacıqabul rayonları üzrə səlahiyyətli nümayəndə təyin olunub. 2014-cü ildən Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının və Dərələyəz İcmasının (QAİ) üzvüdür. Yurd həsrəti ilə böyüyən Hacı Hüsnünün ən böyük arzusu doğma yurdu Dərələyəzə qayıtmaqdır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər