star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Azər Allahverənov Nardaran qəsəbəsində vətəndaşları qəbul edib

Milli Məclisin deputatı Azər Allahverənov Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasında qəsəbədə yaşayan sakinlərlə görüş keçirib.

Qəbul zamanı Nardaran sakinləri tərəfindən bir sıra sosial məsələlər qaldırılıb.

Müraciətlər əsasən işsizlik probleminin aradan qaldırılması, tibbi və sosial xidmətlərin keyfiyyətinin artırılması və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı olub.
Qaldırılan məsələlər deputat tərəfindən qeydə alınıb və aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət qurumlarına yönləndiriləcəkdir. Deputat vətəndaşlara bildirib ki, hər bir müraciət diqqətlə araşdırılacaq və onların həlli istiqamətində zəruri addımlar atılacaq.
Həmçinin görüş zamanı sakinlərə qaldırılan məsələlərin icrası barədə mütəmadi olaraq məlumat veriləcəyi, aidiyyəti qurumlarla sıx koordinasiyanın davam etdiriləcəyi vurğulanıb.

Deputat Azər Allahverənov Nardaran sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən görülən tədbirlər barədə məlumat verib.

Bildirilib ki, bu sahədə vətəndaşlar tərəfindən qaldırılan məsələlər aidiyyəti üzrə nəzərdən keçirilir və müvafiq dövlət qurumları tərəfindən icra olunan ardıcıl fəaliyyətlər zamanı həllini tapır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər