star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 11-ci buraxılış gecəsi - FOTOLAR

7 iyul 2025-ci il tarixində Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mərkəzinin 11-ci buraxılış gecəsi baş tutdu.

Tədbirdə çıxış edən UFC-nin təsisçi direktoru, fəlsəfə doktoru Reyhan Hüseynova, UFC-nin 11 il ərzində keçdiyi inkişaf yolundan və məzunların dünyanın nüfuzlu universitetlərinə qəbulundan bəhs etdi. O bildirdi ki, UFC yalnız təhsil mərkəzi deyil, həm də gəncləri beynəlxalq arenaya hazırlayan strateji platformadır: “Biz hər bir tələbənin uğur hekayəsini UFC-nin uğurunun bir hissəsi hesab edirik”.

Tədbirdə Birləşmiş Krallıq (Böyük Britaniya), Amerika Birləşmiş Ştatları, Fransa Respublikası, Belçika Krallığı, Çexiya Respublikası, Braziliya Federativ Respublikası, Mərakeş Krallığı, Meksika Birləşmiş Ştatları və İordaniya Haşimilər Krallığının səfirləri və ya səfirlik nümayəndələri, həmçinin dövlət rəsmiləri, millət vəkilləri, məktəb direktorları, müxtəlif universitetlərin rektorları və digər tanınmış şəxslər iştirak etmişlər.

Tədbirin sonunda UFC-nin 2025-ci il məzunlarına diplomlar təqdim olunub. Məzunlar Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, Niderland, İtaliya, İspaniya, İsveçrə, Avstriya, Belçika, Macarıstan, Çexiya, Litva, BƏƏ, Rusiya və Azərbaycandakı nüfuzlu ali məktəblərə qəbul olunublar. Bu universitetlər arasında Birləşmiş Krallıq – London Kral Kolleci (King’s College London), Qlazqo Universiteti (University of Glasgow), Amerika Birləşmiş Ştatları – Nyu-York Universiteti (New York University), Emori Universiteti (Emory University), Corc Vaşinqton Universiteti (George Washington University), Fransa – Yeni Sorbonna Universiteti (Sorbonne Nouvelle University), Paris-Pantheon-Assas Universiteti (Université Paris-Panthéon-Assas), Belçika – Leuven Katolik Universiteti (KU Leuven), Brüssel Azad Universiteti (Vrije Universiteit Brussel), Çexiya – Karl Universiteti (Charles University), Masaryk Universiteti (Masaryk University), İtaliya – Roma Sapienza Universiteti (Sapienza University of Rome), Turin Universiteti (University of Turin), Niderland – Amsterdam Universiteti (University of Amsterdam), Rotterdam Erasmus Universiteti (Erasmus University Rotterdam), İspaniya – IE Madrid Universiteti (IE University Madrid), ESADE Universiteti (ESADE University) kimi nüfuzlu adlar var.

UFC Təhsil Mərkəzi gənclərin beynəlxalq təhsil imkanlarına çıxışını təmin edərək, onların qlobal vətəndaş kimi formalaşmasında mühüm rol oynamağa davam edir.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər