star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq...

Bakıda iş adamına məxsus iki villa qarət olunub.

Oxu.az xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində baş verib. Bakı şəhər sakini Ədalət Alışova məxsus iki ədəd ikimərtəbəli villa tanışı tərəfindən qarət edilib.

Məlumata görə, Ə.Alışov özü orada yaşamadığı üçün həmin villaları əvvəlcədən tanıdığı şəxsə həvalə edib.

2024-cü ilin noyabrından 2025-ci ilin mart ayına qədər olan müddətdə Ə.Alışov tanışına inanaraq evləri ona yaşamaq üçün həvalə edib. Həmin şəxs isə bu müddət ərzində villaların daxilində olan bütün əşyaları oğurlayaraq satıb.

Belə ki, evdə yaşayan şəxs oradan dəyəri 11 000 manat olan yeddi ədəd kondisioner, bir evdən 5 760 manat, digər evdən 2 560 manatlıq laminat, 6 500 manatlıq yeddi ədəd televizor, digər evdən 4 000 manatlıq dörd ədəd televizor, 68 000 manatlıq 40 ədəd çilçıraq, 14 000 manat dəyərində 20 ədəd vaza və digər bahalı əşyaları oğurlayıb. Həmin şəxs ümumilikdə mənzillərdən 292 min 574 manatlıq əşya oğurlayıb.

Bununla yanaşı o evdən ümumi dəyəri 213 min manat olan mebel və digər məişət əşyalarını söküb daşımağa cəhd edərkən yaxalanıb.

Ev sahibinin müraciətindən sonra hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat zamanı evə nəzarət edən şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər