star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid, Kikboksinq Federasiyasının sabiq vitse-prezidenti Ramal Aslanov ifadəsində bildirib ki, o, daha öncə bu iş üzrə saxlanılıb: “Mənim bu hadisədən saxlanıldıqdan sonra xəbərim olub. Hadisə günü uşaqlarla bu olay baş verən məkanın yaxınlığında görüşüb, çay içib, domino oynamışdıq. Bildiyim qədəri ilə hadisənin səbəbi Ceyhunla Fuadın telefonla danışarkən bir-birini söyməsi olub. Bu dava ilə bağlı öncədən məlumatım olmayıb. İddia olunduğu kimi mən bunu planlamamışam. Tamamilə təsadüf olub. Əgər bilsəydim, belə hadisələrin baş verməsinə qəti imkan verməzdim”.

O əlavə edib ki, bu hadisədən öncə Fuad Zeynalovla mübahisəsi olub: "Bu hadisələrdən öncə Fuad Zeynalovla aramızda problem olub. Belə ki, o, komandamız məğlub olanda bizi dəstəyə gəlməmişdi. Söhbət əsnasında mənə qarşı hörmətsizlik də etmişdi. Lakin biz bundan sonra Fuadla barışdıq. Hətta şəhərdə görüşmüşük də. Bu hadisənin dava ilə əlaqəsi olduğunu düşünmürəm. Elnur bunu hörmətsizlik kimi qəbul etsə də".

Digər şahid Elvin Məmmədov da hadisə ilə əlaqədar daha əvvəl saxlanılıb. O bildirib ki, hadisə günü təqsirləndirilənlə birlikdə şəhərdə görüşüb çay içiblər: "Biz çay içib evə gedirdik. Mən arxada gedirdim. Saat gecə 2 idi. Qaranlıq olduğu üçün dəqiq görmədim, amma Ziko (Fuad Zeynalov - red.) ilə onların dava etdiyini gördüm. Bunun nə səbəbə baş verdiyini bilmirəm".

Növbəti proses iyulun 21-nə təyin olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər