star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Həbsdə olan vəkil blogeri məhkəməyə verdi

Həbsdə olan vəkil blogeri məhkəməyə verdiHəbsdə olan vəkil Adəm Məmmədovun bloger Şirin Abasov və həyat yoldaşı Gülbadama qarşı xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.

Avrasiya.net Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittihamçı A.Məmmədov şikayətində Şirin və Gülbadam Abbasovların sosial şəbəkələrdə müsahibə verərkən onun haqqında həqiqətə uyğun olmayan məlumatlar səsləndirdiyini bildirib.

İttihamçı qeyd edib ki, ər-arvad Vəkillər Kollegiyasının inzibati binasının qarşısında guya onların evini satdırdığını, onlardan 30.000 manat rüşvət aldığını, Zərdabi adlı jurnalist vasitəsi ilə dələduzluq edərək əlavə olaraq 53.500 manat məbləğində pullarını ələ keçirdiyini, onlara hədə-qorxu gəldiyini, ümumilikdə 83.500 manat məbləğində pullarını alaraq qaytarmadığını deyiblər.

Vəkil onların 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını istəyib.

Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayət vermiş vəkil şikayətdə yenidən düzəlişlər edilməsini əsas gətirib və şikayəti geri götürmək istədiyini bildirib.

Bununla bağlı ərizəsini məhkəməyə təqdim edib.

Abbasovlar isə xüsusi ittihamçı tərəfindən şikayətin geri götürülməsinə etiraz ediblər. Onlar xüsusi ittiham qaydasında şikayətin düzgün tərtib olunmadığını, şikayətin məhkəmə tərəfindən icraata götürülməsindən imtina olunması barədə qərar qəbul olunmasını xahiş ediblər.

Hakim şikayətin icraata qəbul olmasından imtina edilməsi barədə qərar qəbul edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər