Burada Sizin reklam ola bilər!

Polis Bakıda əməliyyat keçirdi: kiberdələduz tutuldu

Polis Bakıda əməliyyat keçirdi: kiberdələduz tutulduBir qrup şəxs Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək özünü onlayn iş təklif edən şirkətlərdən birinin rəhbəri kimi qələmə verən Rufət adlı şəxsin internet üzərindən alqı-satqı etmək istiqamətində təlim kursu keçmək vədi ilə onların müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirib dələduzluq etdiyini bildiriblər.

Avrasiya.net xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs - 27 yaşlı Rüfət Şirəliyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar zamanı aşkar edilib ki, R.Şirəliyev özünü instaqram sosial şəbəkəsində heç bir müvafiq qeydiyyatı olmayan şirkətin rəhbəri kimi təqdim edib və şəbəkə hesabında çəkdiyi videolarda “Shopify” platforması üzərindən onlayn alqı-satqı etmək üçün təlim kursları təşkil etdiyini bildirib. Kursu mənimsəyən şəxslərin külli miqdarda gəlir əldə edə biləcəklərini deməklə insanlarda təlimə həvəs oyadaraq onların pul vəsaitlərini ələ keçirməyə nail olub.

Həmçinin müəyyən edilib ki, R.Şirəliyev bir neçə şəxsi guya hazır biznesini satacağı adı ilə aldadaraq pul vəsaitlərini ələ keçirib, eləcə də təlimə gələn şəxslərin noutbuklarını proqram köçürmək bəhanəsi ilə onlardan alıb lombarda qoyaraq pul götürüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

R.Şirəliyevin əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər