9 nəfərin öldüyü sex kimindir... - ŞOK DETALLAR

9 nəfərin öldüyü sex kimindir... - ŞOK DETALLARBinəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış nəticəsində 9 nəfər həlak olub. Rəsmi qurumların məlumatına görə, hazırda ərazidə axtarış-xilasetmə işləri davam edir. Partlayış zamanı 24 nəfər yaralanıb.

Məlumata görə, sözügedən mebel sexinin Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsus olduğu bildirilir.

Sözügedən iddianı “Qaynarinfo” saytı yayıb. Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub.

Sayta açıqlamasında Hacı İbrahim sözügedən sexlərin ona və qardaşı Tağı İbrahimova məxsus olduğunu təsdiqləyib: "Bəli, sexlər bizimdir. Ağac Emalı Zavodunu özəlləşdirib, yerində Tağı İbrahimov yaşayış binası tikəcəkdi. Bununla bağlı layihə də vermişdik. Hələlik təsdiqlənmədiyi üçün ərazini sahibkara icarəyə vermişdik və bu hadisə baş verdi. Həmin sahibkar da hadisə zamanı dünyasını dəyişib. Yazıq Tağı buna nə etsin? İcarəyə vermişdi, bütün texniki təhlükəsizliyə sözügedən sahibkar cavabdeh idi".

Hacı İbrahimin sözlərinə görə, hadisə qaz balonunun partlaması və boyaların üzərinə qığılcımın düşməsi nəticəsində baş verib: "Birinci icarəyə verdiyimiz sexdə tüstülənmə başlayıb, alov maşının üzərinə düşüb. Daha sonra maşını itələyərək çölə çıxarsalar da, sonda hadisə baş verib. Bütün sexlərə cavabdeh şəxs Həmid idi. Biz qanun nəyi tələb edirsə, onu da etmişdik. Fövqəladə Hallar Nazirliyindən də sözügedən sexlərin fəaliyyəti üçün sənədlər alınıb. Hadisə zamanı Həmid də dünyasını dəyişib. Ordakı işlərə cavabdeh də Həmid idi. Bizlik bir şey yoxdur".

Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib.

Tağı İbrahimov isə "Demokrat.az"a açıqlamasında sözügedən mebel sexinin sahibi olduğunu inkar edib: “Yanan mebel sexi mənim deyil, bunun bizimlə əlaqəsi yoxdur”. Hazırda Türkiyədə olduğunu deyən Tağı İbrahimov qardaşı hacı İbrahim Nehrəmlinin fikirlərini də yalanlayıb: “Qardaşım yalan deyir, o obyektin mənimlə heç bir əlaqəsi yoxdur. O bina Həmid müəllimin olub, o da bir neçə il əvvəl icarəyə verib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər