Türkiyənin səfiri Cahid Bağçı Fazil Mustafa ilə görüşüb - FOTO
Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri Cahid Bağçı və səfirliyin kültür Attaşşesi Mühitdin Mecit Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafanı ziyarət ediblər. Qonaqları Milli Məclisdə Mədəniyyət Komitəsinin konfrans zalında qəbul edən Fazil Mustafa Parlamentlərarası mədəni əlaqələrin inkişafı və s. məsələləri müzakirə edib.
Avrasiya.net xəbər verir ki, görüş zamanı 7 fevral növbədənkənar Prezident seçkilərindən söhbət açılıb. F.Mustafa bildirib ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək: “Hər bir azərbaycanlı bundan böyük qürur hissi keçirir. Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu həm də müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq”.
Son xəbərlər
