Daha bir nəfərin cəsədi dağıntılar altından çıxarıldı
Dərc olunub:
16-01-2024, 15:20
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
Bu barədə nazirlikdən bildirilib.
Bununla da ölənlərin sayı 8 nəfərə çatıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Son xəbərlər
