Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcək

Səudiyyə Ərəbistanı Azərbaycanda minatəmizləmə işlərinə maliyyə dəstəyi verəcəkBu gün Bakıda Səudiyyə Ərəbistanının Kral Salman adına Humanitar Yardım Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) maliyyə yardımı göstərilməsi haqqında Memorandum imzalanıb.

Avrasiya.net xəbər verir ki, sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman adına Humanitar Yardım Mərkəzinin tibb və ətraf mühit departamentinin direktor müavini Abdulla Məhəmməd Əlvadeyi imzalayıb.

Qeyd edək ki, imzalanma mərasimində Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Essam bin Saleh Əl-Cuteyli də iştirak edib.

V.Süleymanov Səudiyyə Ərəbistanına Azərbaycanda minatəmizləmə fəaliyyətinə verdiyi töhfəyə görə təşəkkür edib.

Tərəflər həmçinin mina təhlükəsi ilə mübarizəyə dəstək və bu sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Qonaqlar mina maketlərinin və digər partlayıcı sursat nümunələrinin təqdim olunduğu sərgi ilə də tanış olublar.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər