Şeyx o villanı məndən aldığı borcla tikib” – Qudasından İNANILMAZ AÇIQLAMA

Şeyx o villanı məndən aldığı borcla tikib” – Qudasından İNANILMAZ AÇIQLAMASabiq deputat Qalib Salahzadə qudası, Şeyxülislam Hacı Allahşükür Paşazadənin dəbdəbəli villası ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Pravda.az-a danışan Qalib Salahzadə sözügedən villanın borcla tikildiyini iddia edib:

“Şeyxin də, mənim də arxamca nələr danışırlar? Nə edək? Hər kəs özünə görə danışır, görünür, qabiliyyətləri budur. Oturmuşam, həmin villada. And olsun Allaha, Şeyx bu evi tikdirəndə mən özüm ona 260 min dollar borc pul vermişəm. Şeyx ondan-bundan borc edib ev tikib ki, gələn var, gedən var. Qoy deməsinlər ki, gör Şeyx harada yaşayır. Bu adamın qonaq-qarası olur. Bəlkə, məndən başqa da kimdənsə, dostlarından, üç-beş adamdan da borc alıb, bunu deyə bilmərəm. Mən öz yerimə and içirəm ki, borc vermişəm ki, bu adam ev tikir”.

Sabiq deputat daha sonra bunları deyib: “Bir də, hər kişiyə borca pul vermirlər axı. Onun hörməti, avtoriteti, mənliyi olub. Nə qədər istəyibsə pul vermişəm. Yəqin indi Şeyx mənə əsəbləşəcək ki, bir dəfə pul vermisən, hər yerdə deyirsən. Şeyxin mənim kimi saysız-hesabsız dostları olub. İndi kiməsə hesabat versin ki, mən filankəsdən kömək almışam?”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər