“Sülh danışıqlarında olan maneələr geridə qalacaq”

“Sülh danışıqlarında olan maneələr geridə qalacaq”“Cənab prezident yerli televiziya kanallarına verdiyi müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsindən danışdı. Eyni zamanda, Azərbaycana qarşı qərəzli davranış sərgiləyən dövlətlərə mesajlarını da verdi”.

Versus.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibəsini şərh edən Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmaylova deyib.

K.İsmayılova bildirdi ki, ölkə başçısının hər bir suala verdiyi cavabda xeyli diqqətçəkən məqamlar var. Onun sözlərinə görə, 2024-cü ilin ilk ayında belə bir müsahibə tam mənası ilə yerinə düşdü:

“Ümumiyyətlə, 2023-cü ildə keçirilən lokal xarakterli antiterror tədbirləri, Xankəndidə, Xocalıda qaldırılan Azərbaycan bayraqlarının dalğalanması ardıncadən cənab İlham Əliyevin bu son müsahibəsi gözlənilən idi və bu müsahibədəki mesajlar heç şübhəsiz ki, ünvanına çatmışdır. Prezidentin sülh müqaviləsi ilə bağlı açıqlamalarındakı mesajlar da sülh danışıqlarının ikitərəfli olacağı əndişəsini yaşayanlara cavab idi”.

2024-cü ilin sülh ili kimi yadda qalacağına əminliyini vurğulayan Könül xanım vurğuladı ki, sülh müqaviləsində fikir ayrılığı yaşanan və uzlaşmanın əldə edilmədiyi maddələr var və prosesi ləngidən də məhz budur:

“Prosesin ləngiməsi dövlət olaraq maraqlarımıza uyğun deyil. Yəni cənab Prezidentin də qeyd etdiyi kimi - “Ermənistan istəyir ki, bu sülh müqaviləsinin zəmanətçiləri olsun. Biz hesab edirik ki, buna heç bir ehtiyac yoxdur. Bu, iki suveren dövlət arasında imzalanacaq sülh müqaviləsidir. Biz orada heç bir zəmanətçilərə ehtiyac duymuruq və əgər bu, ikitərəfli formatda imzalanacaqsa, imzalanmalıdır.” Onu da qeyd etmək yerinə düşər ki, Avropa İttifaqı, ABŞ və Rusiya ayrı-ayrılıqda sülhün öz platformasında imzalanmasını istəyir. Burdan başa düşülür ki, hər zaman bir başqa dpvlətin necə deəyrlər qanadları altında yaşamağa məhkum olan Ermənistan hələ də bu güclər arasında seçimdə qalıb. Və Azərbaycanın şərtləri əsasında müqaviləni imzalamayacağı təqdirdə Ermənistanın daim məngənədə qalacağı şübhəsizdir”.

K.İsmayılovanın fikrincə, əslində Ermənistan ikitərəfli danışıqlarda maraqlıdır, sadəcə olaraq güc dövlətlərindən sözün əsl mənasında canını qurtara bilmir:

“Düşünürəm ki, Ermənistanla Azərbaycan ikilikdə razılığa gəlməsə sülh danışıqları dayandırılacaq. Azərbaycan sülh danışıqlarının vasitəçilər olmadan imzalanmasını dəstəkləyir və bu mövqeyi dəyişməzdir. Ermənistan da özünü buna hazır görməklə yanaşı suveren ölkə olmaq istəyirsə, sülh danışıqlarında olan maneələr geridə qalacaq”.


Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər