Nazirlik 400 tələbəyə kredit verməkdən İMTİNA ETDİ
Dərc olunub:
6-06-2022, 11:27
Təhsil tələbə krediti almaq üçün müraciət edən tələbələrin son statistikası açıqlanıb.
Təhsil Tələbə Kredit Fondundan erilən məlumata görə, bu günə qədər 4 919 tələbə kredit üçün müraciət edib.
Müraciətlərdən 524-ü natamam olub, 250-si emaldadır, 502-si banka göndərilib. Kredit almaq üçün edilən müraciətdən 400-dən imtina edilib.
Ümumilikdə isə 3 243 tələbəyə kredit verilib. Onlardan 1 129-ü sosial, 2 114-ü isə standart kredit olub.