Sizin Reklam Burada

Yeni ilə qədər İkinci Qarabağ Müharibəsinin iştirakçılarına VETERAN statusu veriləcək

Yeni ilə qədər İkinci Qarabağ Müharibəsinin iştirakçılarına VETERAN statusu veriləcək“Həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində iştirak edib şəhid, qazi, veteran olan hər kəs eyni status daşıyır”.

Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

Deputat qeyd edib ki, Birinci Qarabağ Müharibəsi veteranlarının aldıqları aylıq 80 manat müavinət İkinci Qarabağ Müharibəsi qazilərinə də veriləcək:

“Sadəcə, siyahıda dəqiqləşmə gedir. İlkin mərhələdə onlara da 80 manatın verilməsi planlaşdırılır. Gələcəkdə artırılıb-artırılmamasına baxılacaq. Nə qazilərin, nə şəhidlərin, nə veteranların - heç birinin statusunda fərq yoxdur. Qanun hamı üçündür”.

İkinci Qarabağ Müharibəsi iştirakçılarına veteran statusunun hələ də verilməmə səbəbinə aydınlıq gətirən komitə sədri deyib ki, bu, bəzi iştirakçıların müalicələrinin tam bitməməsi, əlilik dərəcəsinin müəyyən edilməməsi və dəqiqləşmə işlərinin aparılması ilə bağlıdır.

“Çünki əliliyi müəyyən edilənlər veteran olmur. Veteran statusu ancaq müharibədə iştirak edib, hansısa xəsarət alan, amma əliliyi olmayanlara verilir. Yəqin ki, yaxın günlərdə, yeni ilə qədər artıq bununla bağlı qərar veriləcək”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər