Bakıya və rayonlara gediş-gəliş açıldı
Dərc olunub:
8-09-2020, 01:37
Bu gündən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minib.
Lakin şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna təşkil edir.