Sizin Reklam Burada

Həsənquliyevdən “Nəvə toyu” qalmaqalına - Reaksiya

Həsənquliyevdən “Nəvə toyu” qalmaqalına - Reaksiyaİlk növbədə ailə quran gəncləri təbrik edirəm və ailə xoşbəxtliyi arzu edirəm. Amma təəssüf edirəm ki, uzun illər hakumiyyətdə yüksək vəzifə tutmuş və tutan insanlar onları mənsəb və var-dövlət sahibi etmiş iqtidarı belə çətin vəziyyətdə qoyurlar.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə (kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızına) öz bağ evində toy mərasimi qurmasını şərh edərkən deyib.

Millət vəkili bildirib ki, bu addım sadəcə başadüşülən deyil:

“Həmin şəxslərin maddi imkanları yol verirdi ki, toyu bu tipli kütləvi toplantıların qadağan olunmadığı ölkələrdə keçirsinlər. Bizim sabiq deputatlardan biri vaxtilə öz övladına toyu İstambulda keçirmişdi. Son vaxtlar qanunların aliliyinin təmin olunması istiqamətində aparılan məhkəmə islahatlarının üzərinə bu formada kölgə salmaq olmaz. Bir daha təəssüf edirəm”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər