Sizin Reklam Burada

Akademikin oğlu nazirə minnatdarlığını bildirib

Akademikin oğlu nazirə minnatdarlığını bildirib2020-ci ilin iyun ayından başlayaraq naməlum çəxs dövlət orqanlarına, tanınmış elm, ədəbiyyat və incəsənət xadimlərinə eyni telefon nömrəsindən (051 201 60 03) çoxsaylı zənglər edərək özünü mərhum akademik Bəkir Nəbiyevin oğlu kimi təqdim edərək, maddi vəziyyətinin ağırlığını, xəstə uşağına dərman ala bilmədiyini söyləyərək maddi kömək göstərilməsini xahiş etmişdir. Xoşbəxtlikdən, müraciət edilən şəxslərin çoxu məni - Bəkir müəllimin yeganə oğlu Sadıx Nəbiyevi və ailəmizi tanıyan, tərəfimdən belə hərəkətin mümkünlüyünü qəti şəkildə istisna edən, zəng edənin dələduz olduğunu tez başa düşən şəxslər olmuşlar. Təəssüf ki, fırıldaqçının toruna düşən, ona inanıb pul verənlər də olub.

Mən, ailəmizin adına, mənim ləyaqətimə və nüfuzuma kölğə sala biləcək bu hadisənin qarşısının alınması üçün polis orqanlarına, şəxsən Daxili İşlər Naziri general Vilayət Eyvazova müraciət etdim. Müraciətimə həssaslıqla yanaşaraq, ilk baxışda ağır cinayət xarakteri daşımayan hadisənin ictimai əhəmiyyətini nəzərə alıb məsələni nəzarətə götürdüyünə görə Vilayət müəllimə ailəmizin adından dərin minnətdarlığımı bildirirəm. Cənab Nazirin hadisənin hərtərəfli tədqiq olunması üçün göstərişinə əsasən Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Yasamal RPİ 29-cu Polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzun şəxsiyyəti, işin cəhətləri müəyyən edildi.

Məlum oldu ki, onlarla hörmətli insanın atamın xatirəsinə hörmətindən öz çirkin məqsədləri üçün istifadə etmiş narkotik aludəçisi olan cinayətkar əvvəllər də telefon nömrələrini dəyişərək bu tipli dələduzluq etmiş, tək mənim deyil, digər şəxslərin də (məsələn, mərhum şairimiz Famil Mehdinin oğlunun) adından nüfuzlu, imkanlı insanlara yüzlərlə zəng edib pul dilənmişdir. Lakin qaçıb gizlənmək üçün bütün cəhdlərinə, müəyyən havadarlarının çalışmalarına baxmayaraq, Mehrəlıyev Ceyhun Elçin oğlu polis tərəfindən tutulmuş və artıq məhkəmə tərəfindən həbs edilmişdir.

Fırıldaqçının əməllərindən narahatlıq keçirmiş insanlardan üzr istəyir və onun cinayət əməllərinin tam ifşa olunması üçün zərər çəkmiş şəxslərin polis orqanlarına müraciət etməsini təkidlə xahiş edirəm.

Fürsətdən istifadə edərək cinayətkarın tapılıb məsuliyyətə cəlb edilməsində yüksək qətiyyət və peşəkarlıq göstərmiş Bakı şəhəri Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşlarına, Yasamal RPİ 29-cu Polis şöbəsinin rəisi polkovnik Ayxan Bağırova, həmin şöbənin baş tədqiqatçısı polis mayoru Samir Balakişiyevə təşəkkür edir, onların simasında bütün Azərbaycan polisinə cəmiyyətimizdə sabitliyin və vətəndaş hüquqlarının qorunması kimi ağır və məsuliyyətli işdə uğurlar arzulayıram.

Hörmətlə, Sadıx Bəkir oğlu Nəbiyev

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər