Sizin Reklam Burada

Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert

Bakının bu cəsarəti Parisi “dəli edir” - EkspertYeni Kaledoniya ərazisi Fransanın müstəmləkəsi olub. İkinci Dünya müharibəsindən sonra beynəlxalq səviyyədə keçmiş müstəmləkələrə müstəqilliklərinin verilməsi prosesi başlayanda rəsmi Paris bir neçə strateji ərazini özündə saxlayıb.

Bu sözləri Axar.az-a Yeni Kaledoniyada baş verən proseslər haqqında danışan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Fransanın demoqrafik vəziyyətə müdaxilə yolu ilə statistik vəziyyəti öz xeyrinə dəyişmək istədiyini bildirib:

“Orada yerli əhali olan kanaklar və Fransadan illər əvvəl gələn vətəndaşlar birlikdə yaşayır. Hər ikisi ölkənin vətəndaşıdır, amma bura xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və s. ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki, davam edir. Eyni zamanda Yeni Kaledoniyada Fransa üçün əhəmiyyətli olan nikel yataqları var. Ərazi nikel yataqlarının böyüklüyünə görə dünyada ilk onluğa daxildir. Rəsmi Paris bu yataqları hərtərəfli şəkildə istismar edir, amma qarşılığında Yeni Kaledoniya büdcəsinə çox az ödəniş edilir”.

Fərhad Məmmədov ölkəmizin kanaklara yalnız siyasi yolla dəstək verdiyini bildirib:

“Kanakların mübarizəsi davam edir. Azərbaycan isə insan hüquqları baxımından Yeni Kaledoniyaya mənəvi dəstək verir. Bu dəstək Fransanı qıcıqlandırır. Ancaq Azərbaycan Fransanın öz işinə yarayanda haqqında danışdığı insan hüquqlarının müdafiəsinin qorunmasını istəyir. Rəsmi Bakı Parisdən fərqli olaraq parlamentdə hökumətə Yeni Kaledoniyanın müstəqilliyini tanımağı tövsiyə edən qətnamələr qəbul etməyib. Azərbaycan yalnız siyasi yolla insan hüquqları konteksində kanaklara qarşı zorakılığı qətiyyətlə pisləyir və bu məsələni həm də özəl təşəbbüslərlə gündəmdə saxlamağa çalışır”.

Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar artıq bir neçə həftədir ki, səngimək bilmir. Polisin ifrat müdaxiləsi nəticəsində meydana gələn toqquşmalarda bugünədək 4 nəfər həyatını itirib, 200 nəfərdən çox etirazçı saxlanılıb, bölgəyə 200 milyon avrodan çox zərər dəyib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər