Sizin Reklam Burada

QMİ Həcc ziyarətinə getmək istəyənlərin pullarını qaytarıb

QMİ Həcc ziyarətinə getmək istəyənlərin pullarını qaytarıb Bu il koronavirus səbəbindən Həcc ziyarəti ləğv olunduqdan sonra ziyarət üçün ödəniş edənlərin xeyli hissəsinin vəsaiti artıq özünə qaytarılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, ödəniş edən şəxslərin böyük əksəriyyəti artıq öz vəsaitini geri götürüb. Təqribən 10 nəfərə yaxın qalıb ki, onlar da ödənişlərini bu günlərdə alacaqlar.

Bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib. Bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib.

Bu il 250-ə qədər şəxs Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi.

Ümumilikdə Həcc ziyarətinə sənəd qəbulu yanvarın 27-dən martın 24-ə qədər davam edib. Ziyarətin qiyməti 4 490 dollar olub. Ötən il isə bu məbləğ 4 285 dollar olub. Builki qiymət artımı hotel xidmətlərinin bahalaşması və viza rüsumunun tətbiq edilməsi ilə bağlı idi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər