Sizin Reklam Burada

Elçin Əlibəyli Naxçıvan əhalisindən üzr istədi

Elçin Əlibəyli Naxçıvan əhalisindən üzr istədi Tanınmış teleaparıcı Elçin Əlibəyli Naxçıvan MR əhalisindən üzr istəyib.

Avrasiya.net xəbər verir ki, buna səbəb teleaparıcının "El bizim sirr bizim" verilişində Naxçıvan MR Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumatın getməsi olub.

Belə ki, verilişdə qonaq qismində qatılan əslən Sədərək rayonundan olan şair Kəmaləddin Qədimin Muxtar Respublikanın Sədərək rayonunda ağacların kəsilməsi ilə bağlı məlumat verib.

Daha sonra şair bu məsələni ictimailəşdirdiyini, bunun əsasında da Naxçıvan MR Sədərək Rayon Polis İdarəsinin rəisinin, rayonun icra başçısının müavininin, icra başçısının köməkçisinin vəzifəsindən azad olunduğunu bildirib.

Veriliş efirə getdikdən sonra məsələ ilə bağlı Muxtar Respublikadan ciddi iradlar bildirilib və verilən məlumatların doğru olmadığı bildirilib. Daha sonra araşdırma edilib və teleaparıcı Elçin Əlibəyli dəqiqləşdirilməmiş məlumatın verilişdə yayımlanmasına görə Naxçıvan MR əhalisindən, Sədərək Rayon İcra Hakimiyyətinin rəhbərliyindən üzr istəyib.

Teleaparıcının üzrxahlığı ilə bağlı Naxçıvan televiziyası da reportaj yayımlayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər