Sizin Reklam Burada

Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI

Məzahir Pənahov deputatlığa namizədi zaldan ÇIXARTDI
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında 9 saylı Binəqədi seçki dairəsindən daxil olan şikayətə baxılıb.

Avrasiya.net xəbər verir ki, bu dairədən namizəd Ülvi Həsənli şikayətində həmin dairə üzrə səsvermə zamanı 18 məntəqədə pozuntular olduğunu bildirərək nəticələrin ləğv edilməsini istəyib.

MSK üzvü İlkin Şahbazov bildirib ki, həmin şikayətlərlə bağlı araşdırma aparılır və müəyyən edilib ki, yalnız 20 saylı məntəqənin protokolunda pozuntu qeydə alınıb.

Ü.Həsənli deyib ki, 14 saylı məntəqədə isə əlbəyaxa dava düşüb və onu döyüblər.

MSK sədri Məzahir Pənahov deyib ki, həmin videoya baxıb: “Biz onları dindirdik, məntəqə sədri və üzvlər daş atıb başlarını tutdular ki, siz onlara hücum etmisiniz. Videoda onun davranışı görünür, məntəqə sədri özünü elə aparmamalıdır. Biz indi araşdırma aparırıq ki, həmin məntəqə sədrini cəzalandıraq. Siz isə cavansınız, əziyyət çəkirsiniz, amma MSK-nın qərar çıxara biləcəyi səviyyədə faktlar təqim edə bilmirsiniz. Heç yerdə də deməyin ki, Məzahir Pənahov deyib hər yerdə çəkiliş etmək olar. Çəkiliş tərəflərin razılığı ilə olmalıdır. Vətəndaş icazə vermirsə, onu çəkmək olmaz, bu, müzakirə olunmur”.

Bu zaman Ülvi Həsənli şikayətlərlə bağlı çıxışlarını davam etdirmək istəyib. M.Pənahov isə ona sözünü kəsməməsini, qulaq asmasını deyib. Daha sonra Ü.Həsənli MSK sədrinin tapşırığı ilə zaldan çıxarılıb.

Səsvermə nəticəsində həmin dairə üzrə 20 saylı məntəqənin nəticələri etibarsız hesab edilərək ləğv edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər